Yuxarı

Kəmaləddin Heydərov saziş imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının Daxili İşlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olub.

Axar.az FHN-in rəsmi saytına istinadən bildirir ki, nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin paytaxtı Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət edib.
Səfər çərşivəsində nazir Kəmaləddin Heydərovun İSESCO-nun Baş katibi Əbdüləziz Osman Əl Tüveycri ilə görüşüb.

Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən K.Heydərov vurğulayıb ki, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah Benkirane ilə görüşündə isə FHN-in fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verilib, bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri vurğulanıb.

Abdelilah Benkirane bildirib ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə dəstəyinin davam etdiyini bildiriblər.

Daha sonra Kəmallədin Heydərovun Mərakeş Krallığının Urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser və Daxili İşlər naziri Məhəmməd Həssa ilə görüşləri keçirilib.

Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa "Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarə olunmasında əməkdaşlığa dair" Sazişi imzalayıblar.

Tarix
2014.06.16 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla