Yuxarı

Şahbaz Xuduoğlu kitablarını özü satdı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14-16 iyun tarixlərində "Qanun" nəşriyyatı və "Əli və Nino" nəşrlər evinin birgə təşkilatçılığı ilə Bakının Nərimanov rayonunda kitab sərgisi təşkil edilib.

Axar.az xəbər verir ki, oxucular 3 gün davam edən sərgiyə böyük maraq göstəriblər. Kitab yarmarkasında dünya ədəbiyyatından tutmuş yerli ədiblərə qədər, bir çox nadir əsərlərin nümunələrinə rast gəlmək olardı.

Sərgi zamanı kitablar oxuculara endirimli qiymətlərlə təklif olunub. Adi halda satışda 9 manata satılan kitablar 5 manata , 5 manatlıq kitablar isə cəmi 1 manata oxuculara təklif edilib. Hətta 2 kitab alana 3-cüsü hədiyyə olunub.

Sərgiyə elmi, bədii, dini, siyasi və fəlsəfi kitablarla yanaşı, dərslik və uşaq ədəbiyyatına aid kitablar da çıxarılıb.

Sərginin təşkilatçılarından olan "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Axar.az-a açıqlamasında yarmarkanın keçirilməsində əsas məqsədin oxucuların, xüsusən də gənclərin qiraətə olan marağını artırmaq olduğunu bildirib.

Satıcılar gün ərzində ən çox satılan kitabın Xalid Hüseyninin "Çərpələng uçuranda" əsəri olduğunu vurğulayıblar.

Tarix
2014.06.17 / 01:27
Müəllif
Araz Əliyev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla