Yuxarı

Beynəlxalq təşkilat Azərbaycanı buna görə təqdir etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci ilin 26-28 sentyabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 54-cü plenar iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Plenar iclasın gündəliyinə Azərbaycan Respublikası tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair növbəti tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilmişdi.

Hesabatda Azərbaycan Hökumətinin PY/TMM rejiminin effektivliyinin artırılması istiqamətində həyata keçirdiyi geniş islahat tədbirləri, eləcə də MONEYVAL-ın 2014-cü ildə ölkədə müvafiq sahədə beynəlxalq standartlara uyğunluğun IV raund qiymətləndirməsi çərçivəsində təqdim edilmiş tövsiyələrin icra vəziyyəti əhatə olunmuşdu.

Müzakirələr zamanı Azərbaycan nümayəndə heyəti ölkə rəhbərliyinin güclü siyasi iradəsi ilə PY/TMM ilə əlaqədar hüquqi, institusional və əməliyyat mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən maliyyə şəffaflığı və hesabatlıq məsuliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

MONEYVAL katibliyi hesabat dövrünü əhatə edən son üç il ərzində Azərbaycanda əhəmiyyətli tərəqqinin əldə edildiyini qeyd edib və PY/TMM rejiminin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəlikləri böyük ölçüdə yerinə yetirdiyini təqdir edib.

Müzakirələrin yekununda tərəqqi hesabatı MONEYVAL Komitəsi tərəfindən qəbul edilib.

Tarix
2017.10.02 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla