Yuxarı

Vəkilindən Gülər Əhmədova ilə bağlı təkzib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfsər Talıbov: "Gülər Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun barəsində hansı hökmü verəcək?"
Sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmədə vəziyyətinin qəfil pisləşməsinin onun barəsində veriləcək hökmdən əvvəldən xəbərdar olması ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirilib.

"Movqe.az"a bu barədə danışan G. Əhmədovanın vəkili Əfsər Talıbov bildirib ki, G. Əhmədovanın məhkəmə zalında vəziyyətinin pisləşməsi onun sağlamlığı ilə bağlıdır: "G. Əhmədovanın vəziyyətinin qəfil pisləşməsi, təyziqinin qalxmasının onun barəsində veriləcək hökmlə heç bir əlaqəsi yoxdur.

G. Əhmədovaya hansı cəzanın veriləcəyindən onun əvvəldən xəbərdar olması mümkün deyil. Hansı cəzanın veriləcəyi ilə bağlı qərar müşavirə otağında müzakirə olunur. Qərar isə məhkəmə zalında açıqlanır. G. Əhmədova hardan bilə bilərdi ki, məhkəmə onun barəsində hansı hökmü verəcək? G. Əhmədovanın qəfil vəziyyətinin pisləşməsi ancaq onun sağlamlığı ilə əlaqədardır".

Vəkil G. Əhmədovanın vəziyyətinin hələ də gərgin olaraq qaldığını söyləyib: "Dünən mən təcridxanada G. Əhmədova ilə görüşdüm. Vəziyyəti hələdə gərgin olaraq qalırdı. Bu gün günortadan sonra G. Əhmədova ilə yenidən görüşəcəm".

Tarix
2013.11.22 / 11:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla