Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Oktyabr 2018


Elmira Süleymanova Fəxri fərmanla təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ombudsman E. Süleymanova bu günlərdə yaradılmasının 20 illiyi qeyd olunan "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.

"Axar.az" Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, həmin qurumun İdarə Heyətinin üzvü olan Müvəkkil bu mükafata Azərbaycan və qazax xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsində böyük töhfələrinə, milli-mənəvi dəyərlərin təbliğində fəal iştirakına, insan hüquqlarının müdafiəsi və təmin olunması sahəsində xidmətlərinə görə və "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin yaradılmasının iyirmi illiyi münasibətilə layiq görülüb.

"Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın bu mükafatı İnsan Hüquqları üzrə Müvəkkilə təqdim edib.

Qeyd olunmalıdır ki, ölkəmizdə hələ iyirmi il əvvəl yaradılmış və səmərəli fəaliyyət göstərən "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti hər iki müstəqil respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.

Bu qurum müstəqillik illərində iqtisadiyyat, elm və mədəniyyət, həmçinin insan hüquqları sahəsində böyük nailiyyətlərə imza atmış iki qardaş dövlət arasında qarşılıqlı əlaqələrin, dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə kömək edir, öz töhfələrini verir.

Tarix
2013.11.22 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakıda torpağa basdırılmış 2 kq tiryək aşkarlandı

Abdulla Qurbaninin səhhəti pisləşdi

Sürüşmə zonasında uçqunlar baş verir - Nazirlik

Qubada əmisi gəlinini qaçıran gənci döyüb öldürdülər - Foto

Eldar Əzizov sahibsiz itlərlə bağlı göstəriş verdi

Bu şəxslər 10 min manat cərimələnəcək - Xəbərdarlıq

Baş nazirdən qərar: məhdudiyyət götürüldü

Kanadada güclü zəlzələ - 7 bal

İran gəmisində ölənlərin meyitləri təhvil verildi - Nazirlik

Bakıda ABŞ səfirliyi əməkdaşının maşını avtobusla toqquşdu

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla