Yuxarı

“Baksell” buna görə ən yaxşı mobil şəbəkədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan “Baksell” şirkəti şəbəkənin ümumi iş keyfiyyəti üzrə ən yaxşı nəticələr nümayiş etdirməkdə davam edir.

Axar.az xəbər verir ki, mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən "Baksell" şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. “P3 Communications” şirkətinin tətbiq etdiyi test metodologiyası xidmətlərin geniş spektri üzrə müştəri təcrübəsinin ölçülməsinə əsaslanır.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri həm səs, həm də mobil internet xidmətləri üzrə 2017-ci ilin avqust ayı ərzində bütün ölkə ərazisində, o cümlədən, şəhərlərdə, qəsəbələrdə və əsas yollarda keçirilib. 100% səyyar test formasında təşkil olunan bu testlərin 55%-i Bakı, Gəncə, Şəki, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və s. şəhərlərdə, qalan hissəsi isə Xırdalan, Qəbələ, Xaçmaz, Lənkəran və s. bu kimi daha kiçik şəhərlər və bu şəhərlərlə qəsəbələr arasında olan yollarda keçirilib.

Testlərin nəticələrinə əsasən, “Baksell” Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

“Mobil rabitə şəbəkələrinin müqayisəli testləri sahəsində beynəlxalq lider tərəfindən Bakcell şəbəkəsinin sınaq nəticələrinə görə ən yaxşı mobil şəbəkə (“the best in test”) elan edilməsi bizi çox sevindirir. “Baksell” öz müştəriləri üçün ən qabaqcıl mobil istifadəçi təcrübəsini təmin etmək məqsədilə öz şəbəkəsinə investisiya yatırmağa davam etdirir. Bizim 3G və 4G şəbəkələrimiz daim təkmilləşdirilir və regionları da əhatə etmək üçün genişləndirilir. Şəbəkənin təkmilləşdirilməsi üçün biz yeni texnologiyalardan istifadə edirik ki, bu da, öz növbəsində, Bakcell şəbəkəsinin üstünlüyünü təmin etmiş olur. Artıq 2-ci ildir ki, "Baksell" şəbəkəsi müqayisəli testlər aparan müstəqil beynəlxalq təşkilatlar tərəfindən ən yaxşı şəbəkə kimi tanınır və mən inanıram ki, Bakcell abunəçilərinə ən qabaqcıl mobil istifadəçi təcrübəsini təklif etməklə, biz bu nailiyyətimizi qarşıdan gələn illərdə də qoruyub saxlayacağıq”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.

6500-dən artıq baza stansiyası sayəsində "Baksell" şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Tarix
2017.10.12 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla