Yuxarı

DGK-dan kərə yağı ilə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə keyfiyyət göstəriciləri aşağı olan kərə yağlarının ixrac olunması və bu keyfiyyətsiz məhsulların idxalında Dövlət Gömrük Komitəsinin məsuliyyət daşıdığına dair həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, ölkə ərazisinə idxal edilən bütün növ mal və nəqliyyat vasitələri qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədlər yoxlanıldıqdan və lazım olduğu təqdirdə müvafiq ekspertiza və laborator müayinələr aparıldıqdan sonra gömrük rəsmiləşdirilməsindən keçirilir. “Ölkəyə idxal edilən bütün növ kərə yağları da ilk növbədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən gigiyenik sertifikat və qanunvericilikdə nəzərdə tutulan digər sənədlər yoxlanıldıqdan sonra gömrük rəsmiləşdirilməsi həyata keçirilir. Yalnız şübhə yarandığı təqdirdə maldan nümunə götürülərək müvafiq ekspertiza və laborator müayinələr aparılır. Qanunvericilikdə nəzərdə tutulan sənədləri qaydasında olmayan və ya daşınma, saxlanma və digər proseslər zamanı keyfiyyət göstəricilərində dəyişikliklər meydana gələn məhsulların idxalına qətiyyətlə icazə verilmir. Bu barədə dəfələrlə Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsi, müxtəlif media orqanları vasitəsilə, sahibkarlarla və media nümayəndələri ilə görüşlər zamanı ətraflı məlumat verilsə də bəzi kütləvi informasiya vasitələrində hələ də ölkəmizin gömrük orqanlarının fəaliyyətini şübhə altına alan və həqiqəti əks etdirməyən məlumatlar yayılır”, - deyə məlumatda vurğulanıb.

Dövlət Gömrük Komitəsi bir daha bəyan edib ki, ölkə ərazisinə idxal edilən bütün mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə yalnız qanunvericiliyin tələblərinə əməl olunduğu təqdirdə icazə verilir.

Tarix
2017.10.12 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla