Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Oktyabr 2017


“Təlim məktəbi” layihəsi davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürüb.

"Nar"dan Axar.az-a verilən məlumata görə, Göygöldə həyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlik kurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.

“Təlim məktəbi” layihəsi “Nar” tərəfindən reallaşdırılan və fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulan bir layihədir. Layihə çərçivəsində Göygöl və ətraf bölgələrdən olan 20-dən çox yerli sakinin iki həftə boyunca üç istiqamət üzrə peşə təlimi alması nəzərdə tutulub. Bölgələrdə “Təlim məktəbi” layihəsinin davamlı olaraq reallaşdırılması planlaşdırılıb.

“Təlim məktəbi” layihəsi ilk olaraq Bakıda start götürüb və ümumilikdə 75 nəfər tələbənin iştirakı ilə həyata keçirilib. “Nar”ın təşəbbüsü ilə təmənnasız həyata keçirilən layihənin məqsədi ünsiyyət məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və mənəvi dəstək göstərməklə cəmiyyətə inteqrasiya etdirməkdir. Təşkilatçılar “Təlim məktəbi”ni bitirən gəncləri diqqət mərkəzində saxlayaraq onların işlə təmin olunmasına yardımçı olurlar. Layihənin bölgələrdə həyata keçirilməsinə Zaqatala rayonunda start verilib.

Artıq 3 ildən çoxdur ki, “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Yerli biznes mühiti üçün nümunə olaraq qeyd etmək lazımdır ki, 11 nəfər ünsiyyət məhdudiyyətli şəxs hazırda “Nar”-ın əməkdaşı olaraq fəaliyyət göstərir. Mobil operator bu qəbildən olan sosial layihələri genişləndirməyi və bənzər təşəbbüslərə dəstəyi davam etdirməyi nəzərdə tutur.

“Nar”ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

Tarix
2017.10.13 / 16:32
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Sahibsiz bağlardan yığılan zeytun hara gedir?

Gələn ildən elektron imza pulsuz olacaq

Bu müqavilə İlham Əliyevin... - Professor

Soçidə erməni təxribatının qarşısı alındı

SOCAR CNG-nin satışına başlayır

267 kq narkotik maddə ələ keçirildi - 9 ayda

Nazirlik təkzib etdi: müavinət hamıya veriləcək

Amerikalı şoumenin Qarabağa səfəri araşdırılır - XİN

Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi

İki qadın həbs olundu: oğurluğa görə

KULT
<>
Xəbər xətti
 
SORĞU
Ermənilərin Qarabağı sülh yolu ilə azad edəcəyinə inanırsınızmı?
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla