Yuxarı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:33

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm.

Zati-alinizə hörmət və ehtiramla,

Qardaşınız,

Salman bin Əbdüləziz Al Səud

İki Müqəddəs Məscidin Xadimi,

Səudiyyə Ərəbistanının Kralı”.

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə daha böyük inkişaf və rifah arzu edirəm.

Zati-alinizə dərin hörmət və ehtiramla,

Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi,

****

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas İlham Əliyevə məktub ünvanlayıb.

Hörmətli cənab Prezident.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu münasibətlə Sizə, ölkənizə və xalqınıza xoşbəxtlik, rifah və tərəqqi arzu edirəm. Xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edirik. Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk. Bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün faydalı müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzu edirəm. Xahiş edirəm, ən səmimi təbriklərimi qəbul edin.

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev İlham Əliyevə məktub göndərib.

Möhtərəm cənab Prezident.

İcazə verin, Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını ürəkdən təbrik edim. Bu bayram azadlıqsevər Azərbaycan xalqının mərdliyinin təcəssümüdür. Həmçinin bu bayram təməli zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulan və Sizin müdrik rəhbərliyinizlə davam etdirilən inkişaf yolunun düzgün olduğunu təsdiq edir.

Müstəqillik illərində Azərbaycan dünya arenasında sosial ədalət və insanlara qayğı prinsiplərinə əsaslanan yol ilə ardıcıl irəliləyən ölkə kimi sarsılmaz nüfuz qazanıb. Sizin şəksiz diplomatik istedadınız sayəsində Azərbaycan çoxşaxəli xarici siyasət strategiyasını parlaq şəkildə həyata keçirir. Qəti əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeləri naminə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək. Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm.

***

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Hörmətli İlham Heydər oğlu.

Sizi və dost Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu bayram cəmiyyətdə həmrəyliyin, sülhün və sabitliyin rəmzi, Azərbaycan xalqının öz tarixi birlik ənənələrinə sədaqətinin, öz dövlətini dirçəltmək və möhkəmlətmək əzminin sübutudur.

Müstəqil Azərbaycan Respublikası tarixi baxımdan qısa müddətdə iqtisadiyyatın, sosial sahənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi sahələrində sanballı uğurlar qazanıb, Qafqaz regionunda sabitlik və sülh amilinə çevrilib. Əlbəttə, bu müsbət nəticələr Sizin yürütdüyünüz ölçülüb-biçilmiş xarici və daxili siyasət sayəsində qazanılıb.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.

***

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko İlham Əliyevə məktub göndərib.

Əlamətdar bayramınız – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün birlik, sülh və sabitlik rəmzi, Sizin müdrikliyinizin və Azərbaycan xalqının öz ənənələrinə sadiqliyinin təsdiqidir.

Sizə dövlətçiliyin möhkəmlənməsinin, elmin, təhsilin və səhiyyənin inkişafının mühüm amili olan əmin-amanlıq və firavanlıq arzu edirəm.

Azərbaycan Respublikasının vətəndaşlarına xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm.

***

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan prezidentinə məktub ünvanlayıb.

Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Dövlət Müstəqilliyi Günü münasibətilə MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası müstəqillik illərində siyasi, iqtisadi və sosial inkişaf sahələrində sanballı uğurlar qazanıb, beynəlxalq arenada mövqelərini inamla möhkəmlədib. Regional və ümumdünya gündəliyindəki məsələlərin həllində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.

Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm.

Tarix
2017.10.17 / 16:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla