Yuxarı

"Azərsell"in startaplar üçün layihələri davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərsell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yerli startapların inkişafı üçün hazırladığı layihələr davam edir. Mərkəzin ötən ay PAŞA Bank və Azərbaycan Texnologiya Universiteti ilə birlikdə Gəncə şəhərindəki startaplar üçün elan etdiyi "Ganja Big Idea Competition" müsabiqəsinin qalibləri bəlli olub.

Şirkətdən Axar.az-a verilən məlumata görə, Gəncə şəhərində ilk dəfə təşkil edilən müsabiqəsinin 16 oktyabrda final mərhələsi keçirilib. Finalda 10 komanda iştirak edib. Öz ideyalarını hakim heyətinə təqdim edən komandalar biznes-planla birlikdə 10 dəqiqə ərzində çıxış ediblər. Beləliklə, “Ganja Big Idea Competition" ideya müsabiqəsinin qalibləri: 1-ci yer “BioBone” layihəsi, 2-ci yer “Sevimli ixtisasım” , 3-cü yer “HolaDost” .

Qalib gələn komandalar aşağıdakı hədiyələrlə mükafatlandırılıblar.

1-ci yer – 500 AZN dəyərində hədiyyə kuponu

2-ci yer – 300 AZN dəyərində hədiyyə kuponu

3-ci yer – 200 AZN dəyərində hədiyyə kuponu

Eyni zamanda müsabiqədə iştirak edən uğurlu layihələrə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi inkubasiya və digər əməkdaşlıq xidmətləri təklif edilib.

Məlumat üçün bildirək ki, müsabiqəyə 11 sentyabr tarixində start verilib. "Ganja Big Idea Competition" ideya müsabiqəsinin məqsədi müxtəlif, o cümlədən mobil proqramlar, İnternet, proqram təminatı, oyunlar, xidmət proqramları, korporativ proqram təminatı, yeni biznes modelləri, xidmətlər, robotlar, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə, kənd təsərrüfatı, IoT, qeyri-neft sektoru, kimya üçün informasiya texnologiyaları sahələrində innovativ ideyaların tapılmasıdır. Müsabiqə eyni zamanda bölgələrdəki tələbələrə öz biznes fikirlərini inkişaf etdirmək və mükafatlar qazanmaq imkanı verib.

Qeyd edək ki, sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə “Azərcell” şirkəti tərəfindən yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və Startupları dəstəkləyərək onların şirkət kimi formalaşmasına kömək edir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2017.10.17 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla