Yuxarı

Mənim də haqqımda o sözü deyirlər, amma... - Politoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert qıtlığı yaşadığı barədə fikirlərini və bu problemin aradan qaldırılması üçün təkliflərini açıqladı. Öncə qeyd edim ki, problemi həm rəhbərlik etdiyim KİV-də, həm də bir siyasi şərhçi kimi öz üzərində yaşayan, ömrünün 20 ilini siyasi araşdırmalara həsr edən bir Azərbaycan vətəndaşı kimi Aynur xanımın fikirlərini bölüşürəm.

Axar.az xəbər verir ki, bu sözləri analitik Elçin Mirzəbəyli qeyd edib. O bildirib ki, mövcud problemin səbəblərini də yaxşı bilir:

“Daha öncə də bu problemin həlli ilə bağlı təkliflərimi səsləndirmişəm, yazı və açıqlamalarla çıxış etmişəm və təəssüf ki, diqqəti cəlb edə bilməmişəm. Və mənə elə gəlib ki, mövcud vəziyyət hər kəsi qane edir. Yaxud hər kəs problemin fərqindədir, lakin bir kimsə əlini daşın altına qoymaq istəmir. Bəzi dostlarımız ekspertlərin yorulduqlarını, təkrarçılığa yol verdiklərini, özü üzərlərində işləmədiklərini, regionda və dünyada baş verən prosesləri izləmədiklərini bildirirlər. Həmçinin qeyd edirlər ki, bir qism ekspertlər istədiklərini əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədət populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Bu fikirlər Aynur xanımın problemə yanaşmasında da əks olunub”.

Analitik qeyd edib ki, eyni zamanda, həmkarları ilə söhbətində də bu yanaşmaya bənzər dəyərləndirmələrin şahidi olub:

“Ola bilsin ki, ekspertlər arasında özünü populyar və əvəzolunmaz hesab edənlər də var. İstisna deyil. Amma məsələnin digər tərəfi də var və bu digər tərəfin problemlərini öz üzərində yaşayanlardan biri də mənəm. Ekspert əməyi Azərbaycanda ən az dəyərləndirilən və bəlkə də ümumiyyətlə dəyərləndirilməyən əməkdir. Mən bəzən 12 saata qədər uzana bilən iş günümün az qala 9-10 saatını ən müxtəlif kütləvi informasiya vasitələri üçün şərh yazmağa, müsahibə, yaxud açıqlama verməyə həsr edirəm. Hər bir şərh üçün informasiya toplayır, bu və ya digər problemin tarixi, siyasi və geosiyasi səbəblərini araşdırıram. Buna vaxtımı, enerjimi, intellektual potensialımı həsr edirəm. Amma həyatım günümün 2-3 saatını sərf etdiyim işimin hesabına təmin olunur. Günün 9-10 saatını isə ictimai əsaslarla çalışıram. Gün ərzində 5-10 arası, bəzən isə daha çox şərh yazır, açıqlama və müsahibə verirəm. Cavab vermək imkanım olmayanda isə həmkarlarımın incidiyini hiss edirəm. Bəzilərinin, hətta mediaya kifayət qədər açıq olmağıma və dəstəyimi əsirgəmədiyimə baxmayaraq, mənim haqqımda da “özünü əvəzolunmaz sayır” dediklərindən də məlumatlıyam”.

E.Mirzəbəyli vurğulayıb ki, ekspertin də insan kimi qayğıları və ehtiyaclarının olduğunu heç kəs düşünmək istəmir:

“Aynur xanım çox haqlı olaraq cəmiyyətdə ideya generatorlarının, beyin mərkəzlərinin nə qədər önəmli olduqlarını xatırladır. Tamamilə razıyam. Xüsusilə də “generator” sözünü çox bəyinirəm. Amma kimsəyə sirr deyil ki, generatorun işləməsi üçün yanacaq lazımdır. Daha öncə də qeyd etdiyim kimi, ömrümün 20 ilini bu işə, həm də fundamental, əsaslı şəkildə həsr etmişəm. Oxuduğum kitabların, araşdırmaların sayı-hesabı yoxdur. Dəfələrlə təşəbbüs qaldırmışam ki, Bakı Ekspert Mərkəzi adlı bir qurum yaratmaq, gənc ekspertlərin formalaşmasına öz töhfəmi vermək istəyirəm. Bunu qeyri-hökumət təşkilatı formatında etmək istəmişəm, istəyim təmin olunmayıb. Təfərrüatına varmayacağam. Aynur Camalqızının fikirləri əsas verdi ki, içində olduğum problemlər barəsində daha açıq danışım. Bir daha xatırladım ki, generator da yanacaqla işləyir. Hələlik öz-özünə çalışan “daimi mühərrik” kəşf olunmayıb. “Yanacaq” yoxdursa, kimliyindən asılı olmayaraq, bütün ideya generatorları tükənəcək, yorulacaq və yaxud sadəcə illərini sərf etdikləri işdən usanacaqlar”.

Analitik sonda problemi ictimailəşdirdiyi üçün Aynur xanıma təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert qıtlığı yaşadığı barədə fikirlərini və bu problemin aradan qaldırılması üçün təkliflərini açıqlamışdı.

Tarix
2017.10.18 / 16:12
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla