Yuxarı

Bakıda quldurluq: Kişini döyüb...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami rayonu ərazisində quldurluq hadisəsi qeydə alınıb.

Cinayətin qurbanı 52 yaşlı Xudiyev Zahid Nəcəf oğlu olub. O, koma vəziyyətində Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutuna aparılıb.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Nizami rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, oktyabrın 17-də rayonun 24-cü polis bölməsinə zərərçəkmişin 1990-cı il təvəllüdlü oğlu Əli Xudiyev müraciət edib. Gənc oğlan bildirib ki, oktyabrın 14-də saat 23:00-da Çobanzadə küçəsindəki 45 nömrəli binanın yaxınlığında Ümid adlı kişi işdən evə qayıdan atasına hücum edib. Hücum edən şəxs Xudiyevi döyərək ondan 1500 manat pul alıb və qaçaraq aradan çıxıb. Xudiyev isə koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Faktla bağlı hələlik heç kim saxlanmayıb. Polis bölməsində faktla bağlı AR Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi açılıb.

Qeyd edək ki, oktyabr ayı başlayandan bu günə kimi Bakı şəhərində üç quldurluq hadisəsi qeydə alınıb ki, onlardan da ikisinin üstü artıq açılıb.

Tarix
2017.10.19 / 09:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla