Yuxarı

DTX-dan növbəti əməliyyat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat yolu ilə saxlanılıb.

DTX-nın İctimai əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilib. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunub.

Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir.

DTX bəyan edir ki, Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Tarix
2017.10.19 / 09:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla