Yuxarı

Bu müqavilə İlham Əliyevin... - Professor

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Onkologiya Mərkəzi üçün əlamətdar gündür. Şüa terapiyası zamanı xəstələrin immobilizasiyasını və yerləşdirilməsini təmin edən sistem və avadanlıqların dünyada tanınmış təchizatçısı olan Belçikanın “Orfit Industries” şirkəti ilə uzunmüddətli (5 illik) əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Milli Onkologiya Mərkəzi referens-mərkəz statusu alıb.

Axar.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev bunu jurnalistlərə müsahibəsində açıqlayıb. Professor Ə.Əliyev deyib: “Bu saziş tərəfdaşlar arasında əməkdaşlığı daha da genişləndirməyə, Azərbaycanda ən yeni texnologiyaların qısa müddətdə tətbiq edilməsinə imkan verəcək, xarici mütəxəssislərlə təcrübə və fikir mübadiləsini gücləndirməyə şərait yaradacaq. Bundan əlavə, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən xidmətlərin yüksək səviyyəsinin bu sahədə dünyanın digər aparıcı klinikaları və şirkətləri tərəfindən etiraf olunmasını təsdiq edir. Azərbaycan Onkologiya Mərkəzinə tədris-sınaq mərkəzi statusu verilməsi ilk dəfə deyil. Belə ki, 2014-cü ilin oktyabr ayında Milli Onkologiya Mərkəzi ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medikal Sistem” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb və beləliklə, Milli Onkologiya Mərkəzi rəsmən referens-mərkəz statusu alıb. Daha sonra, 2015-ci ilin noyabr ayında Azərbaycan Milli Onkologiya Mərkəzi ilə M.D.Anderson adına Onkoloji Mərkəz (MD Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb”.

Ə.Əliyevin sözlərinə görə, beynəlxalq tədris-sınaq mərkəzi statusu yalnız ən müasir tibbi avadanlıqla təchiz edilmiş, xəstələrin diaqnostikası və müalicəsi sahəsində zəngin təcrübəyə malik yüksəkixtisaslı mütəxəssisləri olan klinikalara verilir .

Professor Əziz Əliyev sonda deyib: “Dövlət başçısının diqqəti və qayğısı sayəsində hazırda bizim Mərkəz ən yeni tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi problemi aradan qaldırılıb. Bu gün zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən, hərtərəfli düşünülmüş sosialyönümlü siyasətin nəticəsidir. Bu siyasət sayəsində ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanalar tikilməsi, mövcud tibb müəssisələrinin yenidən qurulması prosesləri geniş vüsət alıb”.

Tarix
2017.10.19 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla