Yuxarı

Bu nömrələrə defis qoyulmayacaq – Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki sətirdə yazılan nömrələrə defis qoyulması vacib deyil. Buna görə sürücüyə heç bir cərimə düşmür.

Bu sözləri Axar.az-a yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hansı dövlət nömrə nişanlarına defis qoyulmalıdır sualına cavabında bildirib. Ekspert qeyd edib ki, nömrələrdə defislərin bərpa edilməsi bütün dövlət qeydiyyat nişanlarına aid deyil. Yəni bu nömrənin qeyd edildiyi lövhənin formasından asılıdır:

“Bir qədər daha enli nömrə lövhələri var. Yəni iki sətirdə yazılan nömrələr. O tip nömrələrə defis əlavə edilməsi vacib deyil. Buna görə heç bir Dövlət Yol Polisi əməkdaşı sürücünü cərimələyə bilməz. Defislərin bərpası ancaq uzunsov və bir sətirdən ibarət olan nömrələrə şamil edilib”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.

Müraciətdə bildirilir ki, bəzi sürücülər nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülər inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.

Nömrələrdəki defisləri bərpa etmək üçün sürücülərə verilən 1 aylıq möhlət bitdikdən sonra tələblər ödənilməzsə, sürücülər inzibati xətalar məcəlləsinin 342.5-ci maddəyə müvafiq olaraq 50 manat dəyərində cərimələnəcək.

Tarix
2017.10.20 / 08:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla