Yuxarı

Bu tarixi şəxslərə abidə qoyulsun - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovet işğalı nəticəsində Türkiyəyə mühacirət etmək məcburiyyətində qalan cümhuriyyət qurucularımızın və fəallarının xatirəsinin qardaş ölkədə əbədiləşdirilməsi üçün addımlar atmalıyıq.

Axar.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva məsələ qaldırıb. Millət vəkili bütün müsəlman şərqində ilk parlamentli demokratik respublikanın Azərbaycan xalqı tərəfindən qurulmasını fəxrlə xatırladıb:

“Cümhuriyyətin qurucuları və bir sıra fəalları sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb, mübarizələrini davam etdiriblər. Üç gün əvvəl İstanbulda Feriköy məzarlığını ziyarət etdik. Orada cümhuriyyətimizin qurulmasında böyük xidmətləri olmuş böyük şəxsiyyətlərimiz yatır. Orada “Difai” təşkilatını quraraq, ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən amansız cinayətlərə qarşı mübarizə aparan böyük şəxsiyyət Əhməd bəy Ağaoğlu və onun ailəsi, 20-ci əsrin əvvəllərində Qarabağ və ətraf bölgələrdə ermənilərin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətləri durdurmaq, qarşısını almaq üçün Xosrov bəy Sultanov, ömrünü Azərbaycan mübarizəsinə həsr etmiş ilk milli təhlükəsizlik nazirimiz Nağı bəy Şeyxzamanlı və ailəsi, böyük işlər görmüş Xəlil bəy Xasməmmədov kimi cümhuriyyət nazirlərimiz, Hüseynqulu bəy Xoyski kimi böyük şəxsiyyətlərimiz, gələn il 100 illik yubileyini qeyd edəcəyimiz Azərbaycan parlamentinin o zamankı millət vəkillərindən biri, özünü Azərbaycan mübarizəsinə həsr edən Mehmet Sadıq Aran kimi millət vəkillərimiz və Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra ziyalılarımız yatır. Amma bu tarixi qəbiristanlığın girişində belə orada Azərbaycan Xalq Cümhuriyyətinin bəzi qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Gələn il - iki ay sonra dövlət səviyyəsində Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyik. Cümhuriyyətimizlə bağlı cənab Prezidentin imzaladığı sənədlər var və bunlar çox önəmlidir”.

Tarix
2017.10.20 / 16:46
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla