Yuxarı

Kamran Əliyev: Sükan arxasında söhbətə görə cərimə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərin nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıracaq hərəkətləri etməsinə görə cərimələnəcəyi ilə bağlı sosial şəbəkələrdə gedən müzakirələrə münasibət bildirib.

K.Əliyev Report-a bildirib ki, sürücülərin avtomobil idarə edən zaman yanında əyləşən digər şəxslə söhbət etməsi qanunla qadağandır: "Ümumiyyətlə, sürücü özü də başa düşməlidir ki, diqqət yayındıra biləcək söhbətdə iştirak edə-edə avtomobil idarə etməli deyil. İnsanın diqqəti yayınanda yoldakı nə nişanı, nə işıqforu görə bilir, nə də ətrafında cərəyan edən hər hansı bir hadisəyə diqqət edə bilir və son nəticədə də qəza hadisəsi baş verir. Avtomobildə söhbət edən zaman qarşıda gedən maşının dönmə işığının yanıb-yanmadığını görmür. Belə hallar sözsüz ki, sürücünün diqqətini yayınması səbəbindən olur. Ona görə də qeyd etmişik ki, sürücülər diqqəti yayındıra biləcək söhbətdə iştirak etməsin".

Bu il ərzində neçə söhbət edən sürücünün cərimələnməsinə gəlincə, K.Əliyev onda belə statistik göstəricilərin olmadığını deyib: "Çünkü bu əməl konkret bir maddə içərsində gedir. Sistemdə də bir neçə qayda pozuntusu eyni maddə üzərində getdiyinə görə onu demək çətindir".

O, sükan arxasında söhbət edən sürücülərin cərimələnməsi ilə bağlı DİN və BDYPİ rəhbərliyindən xüsusi bir göstəriş gəlmədiyini də əlavə edib.

Qeyd edək ki, sözügedən məsələ "Yol hərəkəti haqqında" qanununun 37-ci maddəsinin 5-ci bəndi ilə tənzimlənir. Həmin bənddə deyilir:

V. Mexaniki nəqliyyat vasitəsinin sürücüsünə:

1) nəqliyyat vasitəsini qapıları bağlanmamış vəziyyətdə yerindən tərpətmək və ya onun hərəkəti zamanı qapıları açmaq;

2) nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etmək;

3) hərəkət zamanı sükanı əlindən buraxmaq, mühərriki söndürülmüş nəqliyyat vasitəsini ətalətlə idarə etmək;

4) nəqliyyat vasitəsinin təkərlərində və ya banında yol örtüyünü zibilləyən palçıq və s. varsa, yaxud onlardan yanacaq-sürtkü materiallarının, kimyəvi maddələrin, tikinti və digər materiallarının axması olarsa, onlarla örtüyü təkmilləşdirilmiş yollarda hərəkət qadağandır.

Tarix
2017.10.20 / 17:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla