Yuxarı

Lotu Qulinin adamları həbsdən qaçdı – Şok təfərrüat/ Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qatardan qaçan məhbuslarla bağlı yeni məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, qaçan şəxslərin hər ikisi kriminal aləmdə tanınan şəxslərdən olub. Həm Əli Ağami, həm də Etibar Məmmədov 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub.

Belə ki, Etibar Məmmədov kriminal aləmdə Qoca ləqəbi ilə və Etibar Hacıqabulinski adı ilə tanınıb. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə Krıtıy Elvin adı ilə tanınıb. Adıçəkilən hər iki avtoritet Lotu Quli ləqəbli Nadir Səlifova yaxın avtoritetlərdir.

Məlum cinayətdən sonra Ə.Ağaminin qardaşı Zaur Ağami bir müddət təqib olunub və yol qəzasına salınıb.

Əldə etdiyimiz məlumata görə, hər iki şəxs barəsində keçən həftə Lənkəran Ağır Cinayətlər Məhkəməsində prokuror 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edib.

Bildirilir ki, kriminal aləm üzvləri Biləcəridə qaçıb və ya qaçırılıb. Lakin onların qatardan qaçdığı xeyli sonra məlum olub. Belə ki, qatar 28 May metrosunun yaxınlığında - Bakı Dəmir Yolu Vağzalında dayanarkən məhbusların təhvil-təslim zamanı hər iki şəxsin qaçdığı məlum olub.

Tarix
2017.10.23 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla