Yuxarı

Şəhidimiz dəfn edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şəhid olan əsgəri dəfn olunub.

Report-un məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri, 1999-cu il təvəllüdlü Cabbar Firuddin oğlu Zeynalovun nəşi bu gün Saatlı rayonunun Heydərabad kəndinə gətirilərək kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.

Şəhidin tabutuna örtülən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Yaylım atəşindən sonra torpağa tapşırılan şəhid C. Zeynalovun məzarı üstünə əklil və qərənfillər qoyulub.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1999-cu il təvəllüdlü, şəhid əsgər Cabbar Firuddin oğlu Zeynalov şəhid olub. .

Qeyd edək ki, C.Zeynalov 2017-ci ilinaprel ayında həqiqi hərbi xidmətə yola salınışdı.

Allah rəhmət eləsin!

Tarix
2017.10.23 / 12:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla