Ana səhifə Toplum |
İranda azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqlər çoxalıb.
Axar.az xəbər verir ki, Əhər Şəhərinin İnqilab Məhkəməsi türklərə qarşı yönəlmiş təhqiramiz “Fitilə” verilişinə etiraz edən fəallardan 7-ni 58 ay həbs cəzasına məhkum edib. Beynəlxalq Ana Dili Günü mərasimində tutulan fəallar isə bəraət qazanıb. Mühakimə olunan fəallar “sistemin əleyhinə təbliğat apararaq hökumətin təhlükəsizliyini pozmaq və qanunsuz toplaşmaqda” günahlandırılıb.
Qeyd edək ki, 2015-ci il noyabrın 6-da İranın dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı verilişində türklər kobud şəkildə təhqir edilib. Buna etiraz olaraq bir neçə gün Güney Azərbaycan şəhərlərini kütləvi etiraz aksiyaları keçirilib, aksiyalar zamanı çox sayda soydaşımız təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq məhkəmə qarşısına çıxarılıb.
Tarix
2017.10.23 / 13:05
|
Müəllif
Elşad Yaqublu
|