Yuxarı

“Azəravtoyol” yollarda sürüşməni aktivləşdirir? – Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azəravtoyol ASC Coğrafiya İnstitutunun yeni yolların çəkilməsinin sürüşmələrin aktivləşməsinə səbəb olması ittihamlarına cavab verib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Axar.az-a bildirib ki, institutun səsləndirdiyi iddialar əsassızdır:

“Ümumiyyətlə, Azəravtoyol ASC tərəfindən dağlıq ərazilərdə yeni avtomobil yolları salınmır. Sadəcə olaraq mövcud olan avtomobil yollarında təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri aparılmamışdan öncə isə mütləq şəkildə həmin yollar boyu geoloji işlər görülür və nəticələri aidiyyəti üzrə təhvil verilir. Əgər yol üçün təbii proseslərlə bağlı (zəlzələ, sürüşmə, sel və s.) hər hansı bir təhlükə varsa, bunun qarşısının alınması üçün tədbirlərdən ibarət təkliflər yolun layihəsinə salınır”.

ASC rəsmisi bildirib ki, Azəryol Elmi Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanan layihə öz növbəsində bütün lazımi dövlət qurumları (aidiyyəti nazirliklər, komitə, mərkəz və idarələr) ilə razılaşdırıldıqdan və Texniki İdarənin rəyindən sonra təsdiqlənməsi üçün Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunur:

“Yalnız sözügedən idarənin layihə ilə bağlı müsbət rəyi olduqdan sonra həmin avtomobil yolunda təmir-bərpa və ya yenidənqurmas işlərinə başlanılır”.

Tarix
2017.10.24 / 12:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla