Yuxarı

Havanın temperaturu yenə qalxır - Proqnoz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-22° isti, Bakıda gecə 11-13°, gündüz 20-22° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 25-dən 26-sı gündüzədək Abşeron yarımadasında arabir güclənən cənub küləyinin üstünlüyü əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 3-8°, gündüz 13-18° isti olacağı gözlənilir.

Tarix
2017.10.24 / 12:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla