Yuxarı

Bakı metrosundakı dəhşətli faciənin şahidi danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə.

Bu sözləri 28 oktyabr 1995-ci ildə “Ulduz” və “Nəriman Nərimanov” metrostansiyaları arasında hərəkət edən qatarda baş vermiş dəhşətli partlayışla bağlı Axar.az-a danışan o vaxtkı və hazırkı stansiya rəisi Şaiq Heydərov deyib.

Gözləri qarşısında baş verən faciəni bu gün yenidən xatırlayan Ş.Heydərov bildirib ki, hadisənin dəhşəti heç zaman yadından çıxmır:

“1995-ci ilin bu günü axşam saatları idi. Təxminən saat 5-6 olardı. 27-ci marşrut idi, gəldi, stansiyanın ikinci yolunda dayandı. Sərnişinləri götürdü və tunelə təxminən 100 metr girəndən sonra partlayış səsi eşidildi, ardınca alışma başladı, yanğın oldu. Partlayışdan sonra artıq stansiyada aləm bir-birinə qarışmışdı.

Həmin vaxt əvvəlcə tez gərginliyi çıxardıq. Dəhşətli hadisə idi, ancaq özümüzü itirməmək üçün həmin yerə qaçıb sərnişnləri xilas etməyə başladıq. Tunelə də düşdük ki, vaqonda qalan sərnişinləri də çıxara bilərik. Hadisə baş verəndən sonra stansiyada heç kəs qalmamışdı. Partlayışın səsindən, yanğından hamı çıxıb qaçmışdı bayıra.

Həmin vaxt qatarda sərnişinlər arasında olan Çingiz Babayev (həyatı bahasına çoxlarınıxilas edən Ş.Babayev ölümündən sonra Milli Qəhrəman adı alıb) baş verən yanğına və partlayışa baxmayaraq, yaralılara kömək etmək üçün mənə yaxınlaşdı. Onun yanında bir kursant da var idi. Onlarla birgə yenidən cəld tunelə düşdük və bir istiqamətində onlar, digər istiqamətdə mən getdim. Yanğın baş verən hissədə əlimiz çatan, çıxara biləcəyimiz bütün sərnişinləri çıxardıq”.

Ş.Heydərov hadisədən sonra psixoloji travma alıb və uzun müddət buna görə müalicə olunub:

“Ölən və yaralı o qədər idi ki… Vaqonlarda qalan digər sərnişinləri Nərimanov rayon Polis İdarəsinin işçiləri gəlib çıxardılar. Yanğın baş verdiyindən qatı tüstü var idi. Mən özüm hadisə zamanı zəhərlənmişdim. Hadisədən sonra psixoloji sarsıntı yaşadım. 6 ay müalicə almışam. Hadisənin əsas şahidi bu gün bircə mənəm. Hadisəni bu gün də olduğu kimi xatırlayıram. İndi də tunelə düşəndə hər küncdə yatan meyitlər gəlir gözümün önünə”.

Faciə zamanı həyatını itirən Bakı Metropolitenin işçilərini da xatırlayan Ş.Heydərov bildirib ki, hadisədən sonra metrodakı işindən ayrılanlar da olub:

“Hadisədə “Nəriman Nərimanov” stansiyasının növbətçisi və “Xətai” stansiyasından iki işçi həlak olmuşdu. Həmçinin hadisə zamanı depoda olan bir neçə metro işçisi də olub ki, onlar da həlak olmuşdu.

Hadisənin şahidi olan Akif adlı bir polis işçisi var idi. O hadisədən sonra metrodakı işindən ayrıldı, deyirdi, gördüklərimdən sonra işləyə bilmərəm burada”.

Qeyd edək ki, bu gün Bakı Metropoliteninin “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə baş verən dəhşətli qəzadan 22 il ötür.

1995-ci il oktyabrın 28-i iki stansiya arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həlak olub, 270 nəfər yaralanıb. Həlak olanlardan 126-sı qadın, 28-i uşaq, 3-ü isə xilasedicidir.

Tarix
2017.10.28 / 12:25
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla