Yuxarı

Paytaxtda keçirilən mitinqdə monitorinq aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 28-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı keçmiş “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasından Axar.az-a bildiriblər ki, şuranın Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupunun üzvləri aksiyanı işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə almayıblar. Qrupun üzvlərinə bununla əlaqədar hansısa narazılıq ünvanlanmayıb. Lakin monitorinq qrupu aksiyanı işıqlandıran jurnalistlərin əksər hissəsinin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmadıqlarını qeydə alıb. Oxşar hal, demək olar, bütün əvvəlki aksiyalar zamanı da müşahidə edilib. Bu vacib təhlükəsizlik tədbirinə etinasız yanaşılması təəssüf doğurur. Mətbuat Şurası bildirir ki, belə yanaşma jurnalistlərin hər hansı xoşagəlməz durumla, ekstremal vəziyyətlə üzləşəcəkləri təqdirdə onların hüquqlarının müdafiəsini tam mümkünsüz edir.

Şura bir daha kütləvi informasiya vasitələrinin əməkdaşlarına, ayrı-ayrı müstəqil jurnalistlərə müraciət edərək onları mitinqlər və digər bu sayaq kütləvi xarakter daşıyan aksiyalar zamanı üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmağa, bu vacib təhlükəsizlik tədbirinə mütləq qaydada əməl etməyə çağırır.

Tarix
2017.10.28 / 21:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla