Yuxarı

Türkiyənin şahzadələr şəhərində Qarabağ... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Manisa vilayətində Azərbaycanla bağlı tədbirlərdə millət vəkili Qənirə Paşayeva Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrin bələdiyyə başqanları ilə görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Q.Paşayeva Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu, şahzdələr şəhəri qədim Manisanı da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirib.

Millər vəkili görüşlər zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Manisanın mərkəzi küçələrindən birinə, mədəniyyət beşiklərimizdən qədim Qarabağın adının verilməsi təklifi ilə çıxış edib.

Q.Paşayeva Manisada bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Manisa millət vəkilli Səlcuq Özdağ Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Manisada Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini və millət vəkili Q.Paşayevanın təklifinin reallaşacağını deyib.

“Qarabağ problemi, Xocalı ağrısı hər zaman bizim də problemimiz və ağrımızdır. Hər zaman qardaş Azərbaycanın yanındayıq” - deyən Səlcuq Özdağ Q.Paşayevanın Manisada Qarabağ parkı təklifini müsbət qiymətləndirdiklərini, bu təkliflərin qısa zamanda reallaşacağını vurğulayıb.

Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrinin bələdiyyə başqanlarına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan millət vəkili, kitabın növbəti hissələrində qədim Manisanın da yer alacağını bildirib və “Azərbaycan insanı Manisanı daha da geniş tanıyacaq. Bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək” - deyib.

Manisa valisi, millət vəkilləri və bir sıra bölgələrinin bələdiyyə başqanlarını Azərbaycanda görməkdən məmnun olacaqlarını deyən millət vəkili onları ölkəmizə dəvət edib. Onlar Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini bildiriblər.

Görüş zamanı son günlər bölgədə daha da gərginləşən vəziyyət, türk dünyasının müxtəlif bölgələrində yaşayan soydaşlarımızın acı və üzüntüləri ətrafında da müzakirələr aparılıb.

Manisada 200 azərbaycanlı tələbənin təhsil aldığını deyən millət vəkili Q.Paşayeva tələbələrimizlə bağlı ortaya çıxan məsələlərin həllində Manisa valisi və millət vəkillərinin bundan sonra daha çox dəstək verəcəyinə inandığını deyib.

Görüşün sonunda Q. Paşayeva onlara Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib. Onlar da millət vəkilinə Manisanın tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları təqdim ediblər.

Millət vəkili Manisada Azərbaycanla qardaşlıq körpülərinin daha da güclənməsi üçün çalışan bəzi QHT-lərlə də görüşüb və Qarabağ məsələsində onları fəallıqlarını artırmağa səsləyib.

Millət vəkili Q.Paşayeva həmçinin Sakarya millət vəkilləri ilə görüşüb və geniş fikir mübadiləsi aparılıb.

Tarix
2017.10.29 / 14:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla