Yuxarı

Keçmiş nazirin mülkünü iş adamı 4,5 milyona aldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı möhtəşəm villası artıq Rusiyada yaşayan azərbaycanlı iş adamının əmlakı sayılır.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Z.Məmmədovun Göyçayda yerləşən 20 hektarlıq mülkü 4,5 milyon manata qiymətləndirilib.

Hazırda sözügedən mülkün giriş qapısına yerləşdirilən lövhədə onun “AZNAR Qapalı Səhmdar Cəmiyyətinə məxsus Nar Bağı” olduğu qeyd edilib. Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədova məxsus şirkətin adıçəkilən müəssisəni öz balansına keçirmək üçün 4,5 milyon manat pul ödədiyi bildirilir. Məlumata görə, Göyçaydakı həmin mülk bir müddət öncə dövlət tərəfindən hərraca çıxarılıb və azərbaycanlı iş adamı hərracda qalib gələrək mülkü özəlləşdirib.

Hazırda sözügedən müəssisədə nar bağları salınıb.

Tarix
2017.10.31 / 10:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla