Yuxarı

Akif Çovdarovun üzərindən bu maddələr götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun bir neçə cinayətdə iştirak etmədiyi açıqlanıb.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsində hökm oxunan zaman onların bir neçə ittihamda günahları olmadığı nəticəsinə gəlinib.

Hökmə əsasən, həmin vəzifəli şəxslərin ittiham edildiyi maddələrdən bir neçəsi cinayət işindən çıxarılıb.

Hökmdə adıçəkilən şəxslərin quldurluq əməli törətmədiyi qənaətinə gəlinib. Buna görə də cinayət işində təqsirləndirilən şəxslərə qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.

Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.

Qeyd edək ki, Akif Çovdarov və digərlərinə oktyabrın 30-da hökm elan edilib. Məhkəmənin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Tarix
2017.10.31 / 11:30
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla