Yuxarı

Xorvatiya prezidenti səfirimizi təltif etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç Azərbaycanın bu ölkədəki səfiri Kamil Xasiyevi ölkələrimiz arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Xorvatiyanın ali ordenlərindən biri “Lent ilə olan Knyaz Branimir Ordeni” ilə təltif edib.

Axar.az xəbər verir ki, “Lent ilə olan Knyaz Branimir Ordeninin” təqdim edilməsi mərasimində çıxış edən Prezident K.Q.Kitaroviç Azərbaycan ilə Xorvatiya arasında mövcud olan ikitərəfli münasibətləri yüksək qiymətləndirib, Azərbaycan Prezidenti İlham Əliyevə ən xoş salamlarını çatdırıb. Prezident Kolinda Qrabar-Kitaroviç Azərbaycan Prezidentini yaxın zamanlarda Xorvatiyada qarşılamaq arzusunda olduğunu bildirib.

Kamil Xasiyev Prezident İlham Əliyevin və Prezident Kolinda Qrabar-Kitaroviçin qarşılıqlı fəaliyyətlərinin, eləcə də hər iki ölkənin Xarici İşlər nazirliklərinin və səfirliklərinin əməkdaşlığının nəticəsi olaraq Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qurulduğunu vurğulayıb. O, Azərbaycan ilə Xorvatiya arasında mövcud olan dostluq münasibətlərinin daim yüksələn xətt ilə inkişaf edəcəyindən əminliyini bildirib.

Qeyd edək ki, 879-892-ci illər ərzində Xorvatiyaya rəhbərlik edən Knyaz Branimirin şərəfinə olan orden 1995-ci il aprelin 1-də təsis olunub. Orden Xorvatiyanı beynəlxalq aləmdə təşviq edən şəxslərə, o cümlədən bu istiqamətdə vacib töhfə verən diplomatlara təqdim olunur.

Tarix
2017.11.01 / 15:11
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla