Yuxarı

Şagirdinə qarşı əxlaqsızlıq edən məktəb direktoru saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı seksual hərəkətlər edən məktəb direktoru saxlanılıb.

Report-un məlumatına görə, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov saxlanılaraq rayon prokurorluğuna gətirilib. O, məktəbin 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə 12 yaşlı qızın valideynləri tərəfindən polis və prokurorluğa edilən şikayət əsasında saxlanılıb. Hazırda rayon prokurorluğunda olan məktəb direktorunun dindirildiyi bildirilir.

Baş verən hadisə ilə bağlı məktəbdə təhsil alan şagirdlərin valideynləri direktorun işdən çıxarılması və məktəbli qıza qarşı etdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilməsi tələbi ilə təhsil ocağına toplaşaraq etiraz aksiyası təşkil ediblər.

Hadisə yerinə Rayon Təhsil Şöbəsinin müdiri, Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini və şöbənin əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Tarix
2017.11.01 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla