Yuxarı

DGK sədri Kolumbiyaya getdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi keçirilir.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, sözügedən qurumların konqresində iştirak etmək məqsədilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kolumbiyada səfərdədir.

Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Kolumbiyanın paytaxtı Boqota şəhərinin hava limanında gömrük işinin təşkili, burada həyata keçirilən gömrük prosedurları, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və gömrük sisteminin iş prinsipi ilə yaxından tanış olub. Sonra nümayəndə heyəti oktyabrın 31-də Kartagena şəhərində Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresindən öncə təşkil olunan səlahiyyətli iqtisadi operatorlar institutu və logistika ilə bağlı sərginin açılış mərasimində iştirak edib və sərgi ilə yaxından tanış olublar. Bununla yanaşı, nümayəndə heyəti səlahiyyətli iqtisadi operatorlar institutu və logistik şirkətlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı, gömrük işinin səmərəliliyinin artırılmasında, ticarətin asan və sürətli həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın və təcrübə mübadiləsinin önəmindən bəhs olunub.

Qeyd edək ki, Kolumbiya Beynəlxalq Ticarətdə Logistika Agentləri Federasiyasının (FITAC) 19-cu Beynəlxalq Konqresi və Amerika, İspaniya və Portuqaliya Peşəkar Gömrük Agentləri Assosiasiyası (ASAPRA) Baş Assambleyasının 48-ci Konqresi noyabrın 1-də işə başlayıb. Tədbirə dünya logistika və gömrük xidmətlərinin 350-dən çox əməkdaşı, Latın Amerikasından isə 500-dən çox iş adamı qatılıb.

Konqres noyabrın 3-dək davam edəcək.

Konqresin işi və Azərbaycan nümayəndə heyətinin səfəri barədə əlavə məlumat veriləcək.

Tarix
2017.11.02 / 12:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla