Yuxarı

Qaçan məhbusla bağlı - Yeni ittiham

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi təyinatlı qatardan qaçan məhbuslardan biri Əli Ağamiyə qarşı istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb.

APA-nın xəbərinə görə, ona qarşı daha bir maddə üzrə Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.

Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və işdən azad edilib.

Tarix
2017.11.02 / 12:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla