Yuxarı

Bir əxlaqsız direktor... - Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlərdə məktəb direktorları ilə bağlı baş verən ağlasığmaz olaylar – direktorun şagirdə qarşı intim hərəkətlər etməkdə ittiham olunması, başqa bir məktəb direktorunun müəllimə əxlaqsız təkliflər etməsi ictimaiyyətdə ciddi narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri təhsil ocağında bu kimi halların yaşanmasının qəbuledilməz olduğunu deyiblər.

Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili, yazıçı Aqil Abbas bu hadisənin baş verməsinə sərt reaksiya göstərib və olayın iyrənc olduğunu bildirib:

“Ümid edirəm ki, bu əxlaqsız hərəkətlərə yol verən şəxslər layiqli cəzalarını alacaqlar. Müəllim ən yüksək dəyər kimi qəbul olunur. Müəllim ordusunun içində 5 nəfərin, 10 nəfərin özünü pis aparması bütün müəllimləri ləkələyə bilməz. Müəllim başımızın tacıdır. Hamımızı müəllim adam edib. 5-10 nəfər “müəllim”in iyrənc hərəkəti varsa, bunu bütün müəllim ordusuna şamil etmək olmaz. Çünki müəllimlər hamısı milli qəhrəmanlardır. Az maaşla bizim övladlarımıza dərs öyrədirlərsə, onlar həqiqətən də qəhrəmandırlar”.

Qeyd edək ki, Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov məktəbin şagirdi olan 12 yaşlı qıza qarşı əxlaqsızlıq etdiyi üçün barəsində Xaçmaz RPŞ-də cinayət işi qaldırılıb.

Tarix
2017.11.02 / 16:22
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı...

Japarov Bakıda: Mühüm iclas başladı

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla