Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


Bakıda avtobusda dava: Sürücü sərnişini təhqir etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər Bakıda sərnişin avtobuslarının birində sürücü ilə sərnişin arasında qalmaqal yaşanıb.

Avropa.info xəbər verir ki, saat 08:20-də “Riyad” Ticarət Mərkəzinin qarşısından 20 Yanvar istiqamətində hərəkət edən 199 saylı avtobusun sürücüsü sərnişini təhqir edib.

Məlumata görə, 10 TG 479 dövlət nömrə, 11028 eyniləşdirmə nişanı olan avtobusun sürücüsü əvvəlcə nə iləsə bağlı sərnişinə iradını bildirib. Bununla razılaşmayan sərnişinlə sürücü arasında mübahisə başlayıb. Bu mübahisə daha da qızışıraq, sürücünün sərnişini küçə söyüşləri ilə təhqir etməsiylə davam edib. Avtobusdakı sərnişinlərin narazılığı belə sürücünü sakitləşdirməyib. Hiddətlənmiş sürücü Bakı-Sumqayıt yolunda “Rahat” marketin yaxınlığında keçidə yaxınlaşarkən əyləcə qəfil basaraq sərnişinlərin həyatını təhlükəyə atıb. Avtobusdakı qadınlar və uşaqlar sürücünün bu ağlasığmaz hərəkəti zamanı vahimə yaşayıblar.

Qeyd edək ki, 199 saylı avtobusda xoşagəlməz vəziyyət tez-tez yaşanır. Dünən təxminən 18:30-dan sonra “Yaşıl bazar”dan Abşeron Gənclər Şəhərciyinə doğru hərəkət edən bu marşrtun sürücüsü “Çanaqqala” restoranının yaxınlığındakı dayanacaqda avtobusu saxlasa da, qapıları açmayıb. İçəridəki sərnişinlərin etirazından sonra qapını açan sürücü çox qəribə bir açıqlama verib: “Qapını açıram, minirlər. Arxadan gələn avtobusa minsinlər”.

Keçmiş Ayna Sultanova heykəlinin yaxınlığındakı dayanacaqda saxlamaq istəməyən sürücünün bu cavabı isə daha anormal olub: “Dayanacaqda saxlamağa ixtiyarım yoxdur”.

3-cü mikrorayon dairəsindən 20 Yanvara hərəkət etməli olan avtobus xətdən çıxaraq, keçmiş “Şamaxinka” istiqaməti ilə hərəkət edib. Bu dəfə də 20 Yanvarda düşməli olan sərnişinlər etiraz etsələr də, sürücü bu etiraza məhəl qoymayıb. Masazır körpüsünün yaxınlığında avtobusun arxa qapısının şüşəsi sınıb. Sürücü də heç nə olmamış kimi yoluna davam edib.

Bu avtobus sürücülərinin marşrutdan çıxma hallarına tez-tez rast gəlinir. Bir müddət öncə 20 Yanvar dairəsinə “kəsə yolla” girib, ondan əvvəl dayanacağa çatacaq həmkarını qabaqlamaq istəyən avtobus bir minik avtomobili ilə toqquşmuşdu.

Qeyd edək ki, 199 saylı avtobusda hərəkət edən sərnişinlər hər axşam pik saatlarda problemlər yaşayırlar. 20 Yanvar ərazisində basabasla gələn avtobusa sərnişinlər minə bilmirlər, dolu avtobuslar bəzən bu dayanacda dayanmadan keçir. 20 Yanvardan Abşeron Gənclər Şəhərciyi istiqamətində vaxtilə işləyən 200 saylı marşrut naməlum səbəblərdən ləğv edildiyindən sərnişinlər hər gün min bir əziyyətlə evlərinə getməli olurlar.

Abşeron Gənclər Şəhərciyində təxminən 13 min sakin yaşayır. Bu sayın üzərinə Masazır qəsəbəsi və Xırdalan şəhərinin Bakı-Sumqayıt yoluna yaxın əhalinin 199 saylı avtobusdan istifadə edən sərnişinləri də əlavə etsək, problemin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.

Ümid edirik ki, Bakı Nəqliyyat Agentliyi sərnişinlərin rahatlağı üçün əlavə tədbirlərin həyata keçirilməsinə qərar verə biləcək.

Tarix
2017.11.03 / 11:22
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Səhiyyə nazirindən əmr: Məmmədova vəzifə verildi...

İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Mikayıl Cabbarov bəstəkarın oğluna yüksək vəzifə verdi

Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı

General açıqladı: Bu cinayətlərin 92 faizinin üstü açılıb

Azərbaycanda 1335 km yol çəkildi

Bakıda qəza şəraiti yaradan sürücü işdən qovuldu - Video

Rusiya araşdırır: Anarın atası qəzada ölüb, yoxsa...

20 Yanvar günü dərs və iş olacaqmı? - Açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla