Yuxarı

Nazir: FHN yaradılandan bəri insan itkisi olmayıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təbii və texnogen fəlakətlər kimi qaçılmaz qlobal təhlükələrə qarşı effektiv mübarizə mümkündürsə, Azərbaycan Fövqəladə Hallar Nazirliyi bu sahədə bütün təşəbbüslərə qoşulmağa hazırdır.

APA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general - polkovnik Kəmaləddin Heydərov Xəzər - 2017 beynəlxalq kompleks təlimi ilə bağlı keçirilmiş müşavirədə deyib.

"Bu gün təlimdə nümayiş olunan texnikalar Azərbaycan prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə alınaraq, cəmi 11 il öncə yaradılmış Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilib. Məhz bunların nəticəsində bu illər ərzində baş vermiş təbii fəlakətlərdə heç bir insan itkisi olmayıb. Düzdür, böyük sellər, zəlzələlər nəticəsində ölkədə dağılmış evlər, məhv olmuş ərazilər qeydə alınıb, amma bütün bu texnikaların sayəsində və Fövqəladə Hallar Nazirliyinin şəxsi heyətinin bilik və bacarıqları hesabına insan tələfatı olmayıb", - nazir qeyd edib.

Tarix
2017.11.03 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla