Gürcüstanda heç kim inqilaba icazə verməz - Kobaxidze
17 Aprel 23:52
Ana səhifə Toplum |
Nazirlik Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisini 4000 manat cərimələyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ağsuçayın sahilində bərk mənşəli müxtəlif tərkibli tullantıların qalaqlandığı aşkar edilib.
Faktla bağlı sözügedən ərazidə tullantıların idarə olunmasına cavabdeh olan Ağsu rayon Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov barəsində protokol tərtib olunub. O, vəzifəli şəxs qismində inzibati qaydada 4000 manat məbləğində cərimə edilib.
Həmçinin ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün Ağsu rayon Suvarma Sistemləri İdarəsinin, Ağsu Kommunal Müəssisələr Kombinatının və Ağsu şəhər bələdiyyəsinin rəhbərliyinə “məcburi göstəriş”lər verilib.
Tarix
2017.11.03 / 15:17
|
Müəllif
Nigar İxtiyarqızı
|