Yuxarı

Xristoforov, Asatryan, yoxsa Quli? – Liderlik savaşı başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya mafiyasına müvəqqəti liderliyi qanuni oğru Vasili Xristoforov (Vasya Voskres) edə bilər.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi yayıb. Agentlik Xristoforovun kriminal dairələrdə böyük nüfuzu olduğunu bildirib. Hələlik Voskresin bu məsələyə razılıq vermədiyi vurğulanıb.

Rus mafiyasının lideri Şakro Molodoyun (Zaxariya Kalaşov) həbsə girməsində sonra onun yerinə Vladimir Tyurinin (Tyurik) gələcəyi iddia olunurdu. Tyurikin hakimiyyətə gəlməsindən sonra mafiyanın bütün operativ işləri Yuri Piçuqinə (Piçuqa), xaricdəki fəaliyyəti isə Laşa Şuşanaşviliyə (Laşa Rustavski) tapşırılacaqdı. Sonradan bu plan Piçuqanın həbsi, Tyurikin isə keçmiş rusiyalı deputat Denis Voronenkovu öldürməsindən sonra məhv oldu. Bu üçlükdən sonra Kalaşovun yerinə Oleq Şişkanov (Şişkan) və Mixail Voyevodin (Mişa Lujnetski) təklif olunsa da, sonradan bu namizədlərdən də imtina olundu.

Kalaşov hazırda məhkəməyə gedir və onun yaxın zamanlarda azadlığa çıxması nəzərdə tutulmayıb. Buna görə də mafiya Xristoforovun namizədliyi üzərində düşünməyə başlayıb. Xristoforovun mafiya daxilində hər kəslə eyni münasibəti olduğu, üstəlik mafiya üçün vəsaitlərin toplanmasında zəngin təcrübəyə sahib olması onun namizədliyini daha da qüvvətləndirib.

Artıq Şakronun mafiya daxilindəki klanı Xristoforova görə sərt addımlar atmağa başlayıb. Klan mafiyanın liderliyinin erməni qanuni oğru Eduard Asatryanın (Edik Osetrin) ələ keçirməməsi üçün tədbirlər görüb. Osetrinlə bərabər bir müddət öncə azadlığa çıxmış azərbaycanlı qanuni oğru Nadir Səlifov da mafiya liderliyinə can atmağa başlayıb. O öz klanını Türkiyədə formalaşdırmağa start verib.

Tarix
2017.11.06 / 11:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla