Yuxarı

Pensiya ümidinə qalan qocalar - Reportaj

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qiymətlərin qalxacağı haqqında söz-söhbətlər istər-istəməz pensiya ilə dolanan və ailə saxlayan qocaları göz önünə sərir: onların halı necə olacaq? Ümumiyyətlə, pensiyalar illərin yorğunluğunu ahılların canından çıxara bilirmi?

Məkan axtarırıq, qocaların "gününü öldürmək üçün" getdiyi parklardan birinə üz tuturuq. Dram Teatrının qarşısında yerləşən parkda yaşlıların oturduğu oturacaqlara yaxınlaşırıq. Bizi görən kimi ayağa qalxırlar. Jurnalist olduğumuzu o dəqiqə anlayırlar. 20-30 nəfər başımıza toplaşıb yaşayışlarından həvəslə danışmağa başlayır.

Dövlət xəstəxanaları da pul alır

80 yaşlı Əli Əsədullayev 190 manat təqaüd alır. Deyir ki, bu pulla dolanmaq çox çətindir:

- Nəvələrim və qızım var, güclə yaşayırıq. Qızım xəstələnmişdi, dövlət xəstəxanasında müayinə üçün pul istədilər. Halbuki dövlət xəstəxanalarında müalicə pulsuz olmalıdır. Dilənçilik edib o pulu topladım.

Deputatlar 190 manatla yaşaya bilərmi?

- Milli Məclisdəkilərə baxın. Deputatlar özlərini bir dəfə mənim yerimə qoysunlar, görsünlər hələ 190 manatla yaşaya bilərlər? Nəinki bir ay, heç bir həftə də yaşaya bilməzlər. Biz evdə ancaq kartof yeyə bilirik, bir də şükürlər olsun ki, hər gün çörək alıb uşaqların qarnını doydura bilirəm. Nəvəm məndən ət istəyir, pensiyanı qaldırsaydılar, ara-sıra ət alardım, amma pensiya qalxmağa macal tapmamış qiymətlər kəllə-çarxa çıxır.

Oğlumla ölçüm birdir, onun paltarlarını geyinirəm...

Müharibə əlili Məhəmməd Abbasov 169 manat pensiya aldığını deyir:

- Kommunal xərcləri ödəyə bilmirəm. Qışda soyuqdan donuram. Paltarla yatıb-dururam. Yaxşı ki, uşaqlar var, oğlumla ölçüm birdir, onun paltarlarını geyinirəm.

Deyirlər, hələ acından heç kim ölməyib. Vallah ölsək, bundan yaxşıdır, sürünə-sürünə yaşayırıq.

Qarnımızı doydura bilmirik, nə istirahət?

- Burdan-bura Mərdəkana dincəlməyə gedə bilmirik. Bir adam balası kimi qarnımızı doyuzdura bilmirik, harasa gedib istirahət eləməkdən danışmaq hara, biz hara!

Bu söhbətdən sonra qiymətlərin qalxacağı barədə nəsə soruşmağa lüzum görmürük: bəlkə də olmayacaq bahalaşmaya görə qocaları niyə dübarə narahat edək?

Tarix
2013.11.23 / 10:49
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla