Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Oktyabr 2018


General Fəxri Xiyabanda dəfn olundu - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün iş otağnda dünyasını dəyişən Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi general-mayor Məhəmməd Abbasquliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mərhum bu gün saat 11:00-da 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

***

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) qurumun rəis müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyevlə vida mərasimi keçirilib.

"Axar.az" "AzNews.az"a istinadla xəbər verir ki, mərasimdə generalın yaxınları, Silahlı Qüvvələrin yüksək rütbəli zabit heyəti, hərbçi yoldaşları, Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri iştirak edib.

Mərasimdə bildirilib ki, general-mayor Məhəmməd Abbasquliyev tutduğu vəzifələrdən asılı olmayaraq, özünü daim səriştəli və bacarıqlı hərbçi, yüksək peşəkarlığa və təşkilatçılıq qabiliyyətinə malik təcrübəli komandir kimi tanıdıb. Azərbaycan Sərhəd Mühafizəsinin inkişafında, DSX-ində aparılan islahatların həyata keçirilməsində, şəxsi heyətin Milli dövlətçiliyə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük xidmətləri olub. General II Fəxri Xiyabanda dəfn olunub.

Xatırladaq ki, general-mayor Məhəmməd Abbasqulu oğlu Abbasquliyev ötən gün – noyabrın 22-də 48 yaşında vəfat edib.

M. Abbasquliyev 14 fevral 1965-ci ildə Babək rayonunun Kəlboruc Dizə kəndində anadan olub.

O, 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb.

2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.

M.Abbasquliyev xidməti dövründə əldə etdiyi nailiyyətlərə görə, "Azərbaycan Bayrağı" və "Vətənə xidmətə görə" 3-cü dərəcəli ordenlər, Azərbaycanın və xarici dövlətlərin 12 medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Tarix
2013.11.23 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Restoranların iyrənc üzü: Başqalarının artığını...

Bayıl sürüşməsi: son durum açıqlandı

Bakıda yeni yağış-kanalizasiya xətləri çəkilir - Foto

AzerTelekom beynəlxalq sərgidə - Foto

Azərbaycan bu jurnalistləri qara siyahıya salır

Azərbaycanda 5 min eşşək yoxa çıxdı

Daha bir sürüşmə: bu dəfə yol... - Video

Ağacdan yıxıldı, öldü

Gömrükçülər ölkəyə silah gətirən şəxsi tutdular

Köçəri Sumqayıt qətlə yetirildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla