Yuxarı

Pensiyalar üçün 180 milyon tələb olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda pensiyaların bütöv məbləğinin artırılması üçün təxminən 178 mln. manat tələb olunur.

Report-un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib:

"Artıq pensiyanın baza, sığorta hissəsi bölünmür, ümumi məbləğ var. Artımlar bütün məbləğə şamil olunacaq. Növbəti ilin yanvar ayında Dövlət Statistika Komitəsi 2017-ci il əmək haqqının artım tempi barədə məlumat verəcək. Pensiyaların bütün məbləği həmin artım qədər indeksləşdiriləcək".

"Hesablamalarımıza əsasən, hazırda həmin dövlət quluqçularının, hərbi qulluqçuların və digər bu kateqoriyadan olanların pensiyalarına əlavələri çıxsaq, yerdə qalan aylıq ödəmə məbləği təxminən 228 mln. manat təşkil edir. Bu il əmək haqqı artımının 6,5% təşkil edəcəyi gözlənilir. Buna görə də 228 mln. manatın 6,5 %-i götürülüb 12 aya vurulsa, bu, təqribən 178 mln. manat vəsait edir. Bunun da 148 mln. manatını Fond öz gəlirləri hesabına təmin edə bilər. 30 mln. manatlıq hissə isə açıq qalır. Onun da dövlət büdcəsindən verilən transfertin 30 mln. artırılması hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Buna görə də gələn il DSMF-nin büdcəsinin balanslaşdırılması üçün bu ilə nisbətən 30 mln. manat çox, yəni 1,3 mlrd manat vəsait yönəldilməsi nəzərd tutulur", - nazir əlavə edib.

S.Müslümov qeyd edib ki, yaşa görə müavinət alanların sayında artım var: “Bu da əsasən pensiya ilə bağlı qanunvericilikdə dəyişiklik nəticəsində əmək pensiyası almaq imkanlarının məhdudlaşdırılması ilə bağlıdır. Yaşı çatmış şəxslərin pensiya almaq imkanlarını müəyyən qədər azalıb. Belə ki, işləmək, işi legallaşdırmaq, sosial sığorta haqqı ödəmək lazımdır ki, həmin şəxsin əmək pensiya almasına imkan yaransın".

Tarix
2017.11.08 / 13:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla