Yuxarı

AA seriyalı maşının sərxoş sürücüsü kimdir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Yol Patrul Xidmətinin (YPX) əməkdaşları reyd aparan zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomobili sərxoş idarə edən əməkdaşı "Saxla" əmrinə tabe olmayıb.

Femida.az-ın məlumatına görə, saxlanılan şəxs AMEA-nın vitse-prezidenti kimya elmləri doktoru Dilqəm Tağıyevin sürücüsü imiş.

Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Aeroport yolunda 10-AA-370 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobilin sürücüsü maşını şübhəli idarə etdiyinə görə "Saxla" əmri verib.

Lakin əmrə tabe olmayan avtomobil sürücüsü avtoxuliqanlıq edərək yol polisi əməkdaşlarından uzaqlaşmağa çalışıb. YPX əməkdaşları tərəfindən süni tıxac yaradılıb və sürücü saxlanılıb.

Sürücü Yusifov Yusifin avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. O, avtoxuliqanlıq etdiyinə və sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Tarix
2017.11.08 / 15:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla