Yuxarı

Nazirdən etiraf: "Maaş azdır, baxçalar yoxdur..."

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan" qəzetinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunub. M.Cabbarov etiraf edib ki, respublikada məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi şəhərlərdə 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə isə 16,5 faiz təşkil edir.

Nazir son illər bu sahədə müəyyən addımların atılmasına rəğmən, bu sahədə həllini gözləyən problemlərin qaldığını da önə çəkib.

- Ölkənin yaşayış məntəqələrinin əksəriyyətində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Dövlət Strategiyasında uşaqların erkən yaş dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi təhsil müəssisələrində uşaqlara pulsuz əsaslarla müvafiq xidmətlərin göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də strateji hədəflər sırasında yer alıb.

12 illik ümumi təhsili tətbiq edən ölkələrin sayı 170-i ötüb

Daha sonra 12 illik təhsilə toxunan nazir bu sistemin artıq dünyanın 170 ölkəsini əhatə etdiyini bildirib.

- Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir.

Nazir 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modelinin tətbiq olunacağını deyib. "Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır".

Müəllimlərin əməkhaqqının 2 dəfəyədək artacaq

Mikayıl Cabbarovun müsahibədə ən önəmli aşıqlamalarından biri də müəllimlərin maaşının artırılmasıdır. Nazir bildirir ki, təhsil xərclərini Ümumi Daxili Məhsulun 5-6 faizinə çatdırmaqla, müəllimlərin əməkhaqqını 2 dəfəyədək qaldırmaq nəzərdə tutulur:

- Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Dövlət Strategiyasında bu məsələ də öz əksini tapmışdır. Belə ki, strategiyada müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2 dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq meyarlar fəaliyyət planında öz əksini tapacaqdır.

Tarix
2013.11.23 / 11:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla