Yuxarı

Müəllim hədiyyə maşından niyə imtina etdi?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir dəfə “Lada Niva” markalı maşın hədiyyə edilməsi ilə bağlı təklif almışam. Bir də dəfə də adını açıqlamaq istəmirəm, bir şəxs var idi ki, maşın hədiyyə edirdi. Hər ikisindən imtina etdim. Açığı, hədiyyə edilən maşından imtina etməyimlə bağlı məlumatın ictimailəşdirilməsini heç istəməzdim.

Bu sözləri Axar.az-a Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbində çalışan və bir müddət əvvəl sosial şəbəkələrdə məşhurlaşan gənc tarix müəllimi Həbib Əlizadə ona maşın hədiyyə edilməsi ilə bağlı mətbuatda yer alan xəbər haqqında danışarkən deyib. O, çətin məktəb yoluna rəğmən, maşın hədiyyəsini qəbul etmək fikrində olmadığını bildirib:

“Həftənin yarısını dağda, yarısını da şəhərdə özəl məktəbdə saat hesabı işləyirəm. Yəni həftə ərzində 1 gün bu yolu gedirəm. Əslində, yolum 6-7 saat deyil. Sadəcə olaraq burada marşrut işləmədiyi üçün yolu yarıya qədər gəlirik və maşın gözləyirik. Məsələn, mən saat 13:00-da yola çıxıramsa, evə çatmağım axşam saat 18:00-a kimi, bəzən isə daha çox uzanır. Marşrut yoxdur, dağ maşını və ya “Niva” ilə gedirik. Ona görə bəzən tez, bəzən isə gec olur. Astaradan öz evimə qədər 80 km-dir. Sadəcə olaraq, 11 km-i çox palçıqlı olur. Çox vaxt maşınla, bəzi hallarda piyada gedirəm”.

Qeyd edək ki, ötən gün mətbuatda Həbib Əlizadənin ona hədiyyə edilən maşından imtina etməsi ilə bağlı xəbər dərc olunmuşdu.

Tarix
2017.11.11 / 09:44
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla