Yuxarı

Telefon bazarında kredit saxtakarlığı: Nə etməli?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzən alıcılar yeni telefon aldıqdan bir müddət sonra telefonun bloklanması halı ilə qarşılaşırlar. Bunun da səbəbi həmin telefonun kredit borcunun olmasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu kimi hallarla rastlaşan istehlakçıların hüquqlarının pozulması son vaxtlar çox yayılmış məsələdir:

“Əvvəl kreditlə telefon alırlar, sonra pul lazım olduğu üçün həmin telefonu satırlar. Bəzən satıcılar işlənmiş telefonları təzə telefon adı ilə satırlar. Bu hallarla rastlaşan istehlakçı dövlət orqanları qarşısında məsələ qaldırarsa, satışı həyata keçirən tərəfi 1500 manat cərimə gözləyir. Onu da qeyd edim ki, son 6 ayda bizə daxil olan belə şikayətlərin sayında artım müşahidə olunub. Elə hallar olur ki, bu problem tərəflər arasında danışıq yolu ilə həll olunur. Bəzən isə tərəflər razılığa gələ bilmirlər. Bunun qarşısını almaq üçün ciddi işlər görülməlidir”.

Qeyd edək ki, son vaxtlar alıcılara yeni telefon adı ilə işlənmiş və kreditdə olan telefonlar satılır. Telefonun bankda girov olub-olmadığını yoxlayan bir sistem mövcud deyil, buna görə də alıcı məlumatsız qalır. Bir müddət sonra telefon bloklandığı zaman alıcı aldadıldığını başa düşür.

Tarix
2017.11.13 / 23:38
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Prezidentlər Ağdamda Pənahəli xanın sarayında...

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla