Yuxarı

İsveçin nümayəndə heyəti “Azərsell”i qiymətləndirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı “Azərsell Telekom”a baş çəkib. Bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan “Azərsell” şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilib.

Axar.az xəbər verir ki, dövlət katibi cənab Oskar Stenström və İsveç Krallığının Azərbaycandakı səfiri xanım Ingrid Tersman Azərsell Telekom MMC-nin prezidenti cənab Vahid Mürsəliyevin başçılıq etdiyi “Azərsell”rəhbərliyi ilə görüş keçiriblər.

"Azərsell"in prezidenti Vahid Mürsəliyev rəsmi nümayəndə heyətinə bu səfərə görə minnətdarlığını bildirib, "Azərsell” və onun əsas investoru olan Telia şirkəti arasında uzun illər ərzində formalaşmış güclü işgüzar əlaqələrin və təcrübə mübadiləsinin şirkətin davamlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğulayıb. İsveç telekommunikasiya lideri və “Azərsell”in əsas investoru Telia şirkəti bu görüşdə şirkətin Prezidenti yanında Baş Məsləhətçisi Kjell Lindstrom tərəfindən təmsil olundu.

Nümayəndə heyətinə “Azərsell”in tarixi, ümumi biznes fəaliyyəti, ölkənin telekommunikasiya sektoruna yatırılmış investisiyalar, şirkətin Azərbaycan bazarına təqdim etdiyi yeniliklər, eləcə də sənayenin ən son tendensiyalarına uyğun gələcək planlar barədə məlumat verilib. Müzakirələr zamanı həmçinin “Azərsell”in Məsuliyyətli İşgüzar Davranış, Etika və Uyğunluq, Dayanıqlıq və Korporativ Sosial Məsuliyyət sahələrinə verdiyi töhfə və innovativ texnologiyalar, sahibkarlıq və insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenström “Azərsell”rəhbərliyinə xoş qarşılanmaya görə təşəkkür etdi və qeyd etdi ki, "Azərsell" gələcəyin ən perspektivli və tələb olunan sahəsi sayılan telekommunikasiya sektorunda inkişaf edən nümunəvi şirkət kimi özünü uğurla nümayiş etdirir və qlobal iqtisadiyyatın əsas resurslarından biri olan mobil internet xidmətlərini istifadəçilər üçün mümkün edir.

Tarix
2017.11.14 / 09:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla