Yuxarı

Yüksək maaş alanlara BƏD XƏBƏR

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin büdcə layihəsinə görə, deyəsən, sürprizlər çox olacaq. Kommunal xidmətlərin və yanacağın qiymətində bahalaşma ilə yanaşı, vergi dərəcələri də artırıla bilər.

"Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin sədri Zöhrab İsmayıl "Bizim Yol"a bildirdi ki, gələn ilin büdcə zərfində fiziki şəxslərin gəlir vergisinin yuxarı həddi də artırılacaq. Yəni yüksək maaş alan işçilərdən daha çox vergi tutulacaq: "Hazırda aylıq gəlirlər 2500 manatadək olarsa 14 faiz, 2500 manatdan çox olarsa 25 faiz həcmində vergiyə cəlb edilir. İndi çox güman ki, ikinci pillədə vergi dərəcəsi artırılacaq. Gələn il bütün vətəndaşları gözləyən sürpriz yanacağın və kommunal xidmətlərin bahalaşması olacaqsa, yüksək maaş alanları isə gözləyən ikinci bir sürpriz daha çox vergiyə cəlb edilmələrdir. Bir neçə il öncə də yüksək idi. Sonra da həmin həddi aşağı saldılar".

Z.İsmayıl əlavə etdi ki, burada məqsəd neft gəlirlərinin azalmasını yüksək əməkhaqqı alanlardan çox vergi cəlb etməklə, habelə kommunal xidmətlərini artırmaqla kompensasiya etməkdir: "Hasilatın Pay Bölgüsü sazişi üzrə çalışanlar yüksək maaş alırlar. Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcmi 18 faizə yaxın azaldılıb, neft hasilatı aşağı düşüb, büdcədə rekord həddə kəsir var. Hökumət bunu müxtəlif yollarla kompensasiya etməyə çalışacaq".
Bu arada, Azərbaycanda yüksək əməkhaqqı alanların sayı maraq kəsb edir. 2012-ci il üzrə ayı tam işləmiş işçilələrə hesablanmış əməkhaqqının ölçülərinə görə bölgüsünə nəzər yetirək:
93 manat 50 qəpiyədək (2013-cü ildə bu rəqəm 105 manat olub) əməkhaqqı alanlar 1,7 faiz
93 manat 50 qəpik-200 manat alanlar 50,1 faiz
201-400 manat alanlar 25,7 faiz
401-600 manat alanlar 11,2 faiz
601-800 manat alanlar 6,3 faiz
801-1000 manat məvacib olanlar 2,2 faiz
1001-1700 manat məvacib sahiblərinin sayı 1,5 faiz
1700 manatdan çox alanlar isə 1,3 faiz təşkil edir.
Göründüyü kimi, 2500 manatdan yüksək əməkhaqqı alanların sayı heç 1 faiz təşkil etmir. Belə olan halda, hökumət onların məvaciblərindən tutulan vergi yükünü artırmaqla nəyi dəyişə biləcək? Büdcənin vergi daxilolmalarında əhəmiyyətli artımına təsir göstərmək mümkündürmü?
Z.İsmayıl bildirdi ki, neft şirkətlərində çalışanlar arasında kifayət qədər yüksək əmək haqqı alanlar var və onlardan tutulan vergi büdcə təşkilatlarından gələn gəlir vergisi səviyyəsindədir: "Gələn ilin büdcəsində, hətta bu daxilolmaların artacağını görür. Əslində, büdcə layihəsində ifadə olunan iki göstərici Azərbaycanda büdcədən maliyyələşən təşkilatların işçilərinin sosial durumunu tam ifadə edir. 2014-cü ildə Hasilatın Pay Bölgüsü sazişləri üzrə təxminən 10 min işçisi olan podratçılar və subpodratçıların əmək haqqı gəlirləri üzrə vergiləri 270 milyon manat, 600 min nəfərdən çox işçisi olan büdcə təşkilatlarının əməkhaqqı üzrə vergiləri 235 milyon manat təşkil edəcək. Bu göstəricilər, xarici neft şirkətlərində çalışanlarla büdcə təşkilatlarında çalışanların maaşlarında dəfələrlə fərq olduğunu göstərir. Təsəvvür edin ki, 2012-ci ildə neft hasilatı sahəsində orta əmək haqqı 1402 manat olduğu halda, məsələn təhsil sektorunda 287,3 manat olub.
2500 manatdan yüksək əmək haqqı alanların sayı az olsa da, aldıqları məvaciblər bundan çox yüksəkdir. Xarici neft şirkətlərində menecerlər var ki, 15-20 min manat əmək haqqı alırlar. Buradakı vergi yükünü artıranda büdcəyə daxilolmalar da artacaq, hətta 50-60 milyon manat büdcə təşkilatlarından gələn gəlir vergisini üstələyəcək. Büdcə təhlilindən görünür ki, vergi dərəcələrinin aşağı həddi qaldırılmayacaq. Çünki bunun büdcə təşkilatlarından vergi daxilolmalarında da hiss etmək olardı. Burada sadəcə olaraq, əməkhaqlarının 10 faiz artımı nəticəsində gəlir vergisinin artması hiss olunur. Ən yüksək artım HPBS üzrə fəaliyyət göstərən podratçı və subpodratçı şirkətlərdə çalışanların gəlir vergisində aydın görünür. Onların maaşı o qədər arta bilməz. Çox güman ki, vergi dərəcəsi qaldırılacaq".

Tarix
2013.11.23 / 13:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib? - Video

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla