Yuxarı

Bakı buxtasında brakonyerlər yaxalandı - Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:53

Daxili işlər orqanlarının əməkdaşları Bakı buxtasında qanunsuz balıq ovu ilə məşğul olan və ekoloji cinayətlər törədən şəxslərə qarşı mübarizə məqsədilə tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, noyabrın 11-də Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (SNPİ) Bakı buxtasında “Yamaha-48” mühərriki ilə təchiz edilmiş qayıqda iki nəfərin qanunsuz balıq ovlaması barədə məlumat daxil olub.

SNPİ-nin əməkdaşları “Qartal” polis patrul kateri ilə həmin qayığa yaxınlaşaraq xüsusi xəbərdaredici səs siqnalları ilə onlardan sahilə çıxmalarını tələb ediblər. Həmin şəxslər polisin qanuni tələbinə əməl etməyərək idarə etdikləri balıqçı qayığı ilə polis katerini vurub zədələyərək hadisə yerindən qaçmağa cəhd göstəriblər.

Araşdırma zamanı qeyri-qanuni balıq ovu ilə məşğul olan şəxslərin Astara rayon sakini Sərxan Quliyev və Neftçala rayon sakini Natiq Əbilov olduqları müəyyənləşib.

SNPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilib. İdarədə saxlanılan şəxslərdən S.Quliyevin üzərinə baxış zamanı ondan bir büküm heroin aşkarlanaraq götürülüb.

Araşdırmalar zamanı saxlanılan şəxslərin balıqovlama biletlərinin olmadığı, həmçinin onlara məxsus qayığın və mühərrikin müvafiq dövlət qurumlarında qeydiyyata alınmadığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Tarix
2017.11.14 / 18:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla