Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2018


Məmmədyarov Çin nümayəndə heyətini qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib.

XİN-dən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri Li Jun 2017-ci ilin Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulması və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 25 illiyi ilə əlamətdar olduğunu bildirib. O, keçən 25 il ərzində Azərbaycanın nəzərəçarpacaq dərəcədə inkişafının məmnunluq doğurduğunu və təqdirəlayiq hal olduğunu diqqətə çatdırıb. Qonaq Azərbaycanla ikitərəfli münasibətlərin dərinləşməsinə xüsusi önəm verdiklərini və siyasi sahədə yüksələn inkişaf xəttinin davam etdirilməsində maraqlı olduqlarını söyləyib.

L. Jun Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində səylərinin Çinin tərəfindən dəstəkləndiyini bəyan edib. O, “Bir kəmər-bir yol” təşəbbüsünə dəstəyinə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu çərçivədə ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Regionun aparıcı dövləti olan Azərbaycanı Çinin önəmli tərəfdaşı adlandıran qonaq Xüsusi İşçi Qrupu qismində Kommunist Partiyasının nümayəndə heyətinin Azərbaycana səfərinin bu qəbildən olan ilk xarici səfər kimi münasibətlərin yeni mərhələyə keçməsinə töhfə verəcəyinə ümidvar olduğunu əlavə edib.

Qonaqları salamlayan E. Məmmədyarov 18-24 oktyabr 2017-ci il tarixində Kommunist Partiyasının Milli Konqresinin uğurla keçirilməsi münasibətilə öz təbrik və xoş arzularını çatdırıb. Çoxtərəfli müstəvidə Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın mövcud olduğunu bildirən E. Məmmədyarov BMT çərçivəsində əməkdaşlığı xüsusilə fərqləndirib. O, Ermənistan-Azərbaycan münaqişəsinə dair Çinin də üzvü olduğu Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu söyləyib. Güc tətbiqi ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərinin yolverilməz olduğunu diqqətə çatdıran E. Məmmədyarov ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinin Azərbaycan və Çin arasında imzalanmış bütün siyasi sənədlərdə öz əksini tapdığını xatırladıb.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 30 oktyabr 2017-ci il tarixində fəaliyyətə başladığını diqqətə çatdıran nazir Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və Çinin təşəbbüskarı olduğu “Bir kəmər - bir yol” layihəsi çərçivəsində bu əsasda əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğulayıb.

Görüşdə humanitar, təhsil və turizm sahəsində münasibətlərin gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tarix
2017.11.14 / 16:18
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

20 Yanvar şəhidlərinin ailələri ilə görüş keçirildi - Foto

Nazirin iki müavini eyni vaxtda işdən çıxarıldı

İstanbula və Kiyevə getmək istəyənlərə şad xəbər

Səhiyyə nazirindən əmr: Məmmədova vəzifə verildi...

İlham Əliyev 6 sərəncam, 1 fərman imzaladı

Mikayıl Cabbarov bəstəkarın oğluna yüksək vəzifə verdi

Bakıda 272 kq narkotik vasitə ələ keçirildi

Məmmədyarovun Nalbəndyanla görüşü başa çatdı

General açıqladı: Bu cinayətlərin 92 faizinin üstü açılıb

Azərbaycanda 1335 km yol çəkildi

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla