Yuxarı

Bu avtobuslar xətdən kənarlaşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda sərnişindaşımada iştirak edən müəyyən sayda avtobuslar hələ də texniki baxışdan keçməyib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, həmin avtobusları aşkar edib sürücüləri barəsində tənbeh tədbirlərinin seçilməsi üçün son dayanacaqlarda avtobuslara baxış keçirilir:

“Əgər sərnişindaşımada iştirak edən avtobusların texniki baxışdan keçməməsi aşkarlanırsa, sürücü barəsində tədbirlər görülür. Təkcə dünən son dayanacaqda dörd sərnişin avtobusu texniki baxışdan keçmədiyinə görə yol hərtəkətindən uzaqlaşdırılıb və qanunvericilikdə nəzərdə tutulmuş qaydada cərimə sanksiyası tətbiq edilib”.

Bölmə rəisi bildirib ki, bu istiqamətdə işlər davam etdirilir və nəzarət daha da gücləndirilib: “Nəinki texniki baxışdan keçməyən avtobuslar, digər yük avtomobillərinin sahibləri də nəqliyyat vasitələrini Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən diaqnostika şöbəsinə təqdim etməlidirlər. Unutmayın ki, texniki baxışdan təyin edilən müddətdə keçmədikdə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir”.

Tarix
2017.11.14 / 17:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla