Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Noyabr 2017


FHN konfrans keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, konfransda Fövqəladə Hallar Nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin aparatının idarə rəisləri, qurumlarının və regional mərkəzlərinin rəhbərləri, sahə həmkarlar ittifaqı respublika komitələrinin sədrləri və nazirliyin aparatı və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrində keçirilmiş konfranslarda seçilmiş nümayəndələr iştirak ediblər.

Dövlət himninin səslənməsindən sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək hesabat-seçki konfransının işini açıq elan edib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra konfransın işini idarə edəcək mandat, redaksiya və hesablayıcı komissiyaların tərkibi müəyyən olunaraq konfransın gündəliyində duran ilk məsələ-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı sədrinin hesabat məruzəsi dinlənilmişdir. İttifaqın sədrinin hesabat məruzəsi ilk olaraq ötən dövr ərzində həmkarlar ittifaqının fəaliyyətini əhatə edən video-çarx ilə başlanılıb və Mehman İsmayılovun çıxışı ilə davam edib.

Konfransda iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Möhbalıyev çıxış edərək, FHN işçilərinin Həmkarlar ittifaqının yarandığı gündən bu dövrə qədərki fəaliyyətinə nəzər salaraq konfransın işini yüksək qiymətləndirib, fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Fövqəladə Hallar Nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxış edərək, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qısa zaman ərzində gördüyü işlərin əhəmiyyətindən danışıb, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Daha sonra həmkarlar ittifaqının Təftiş komissiyasının hesabatı dinlənilib. Təftiş komissiyasının hesabatı bitdikdən sonra konfrans məruzə ətrafında çıxışlarla davam edib. Çıxış edənlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədrliyinə yenidən Mehman İsmayılovun namizədliyini irəli sürdüklərini təklif ediblər. Həmçinin bu təkiliflə yanaşı 2018-ci ilin fevral ayında keçirilməsi planlaşdırılan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında Konfederasiya sədrinin yenidən seçilməsinə millət vəkili Səttar Möhbalıyevin yenidən namizədliyininin irəli sürülməsini dəstəklədiklərini bildiriblər.

Konfransın mandat komissiyasının hesabatı dinlənildikdən sonra ittifaqın rəhbər orqanlarının yeni tərkibinin və həmkarlar ittifaqı sədrinin seçilməsinin müzakirəsi başlanılıb. Konfrans iştirakçıları tərəfindən yekdilliklə namizədliyi irəli sürülmüş Mehman İsmayılov Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının yenidən sədri seçilib.

Daha sonra həmkarlar ittifaqının Təftiş Komissiyasının və Respublika Komitəsinin üzvlərinin səsvermə yolu ilə yeni tərkibi təsdiq edilib.

Tarix
2017.11.14 / 18:03
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Bu mağazada istifadə olunmuş paltarlar satılır

“Kinder” şokoladları təhlükəlidir - Ekspert

Xəzərdə bir gündə 3-cü zəlzələ baş verdi - Yeniləndi

Bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

Şad xəbər: Bu şosedə hərəkət bərpa edilir

Azərbaycanın bu rayonlarına qar yağdı - Foto

Azərbaycanda nə qədər erməni yaşayır?

Vaxtı qabaqlayan bukmeker - Yatırımdan uduşa

Əflatun Amaşov dövlətdən 1 milyon istədi

Zakir Həsənov HHQ-nin yeni kompleksinin açılışında - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla