Yuxarı

İbrahimli oğlunun cinayətini ört-basdır üçün... - Fəzail Ağamalı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu xəbərlər məni daha çox narahat etdi, böyük təəssüf hissi yaratdı. Guya oğlum Yalçın maşınla kimisə vurub. Sonradan bəlli oldu ki, burada çox ciddi yanlışlığa yol verilib. Qəza törədənin yaşı və maşınla bağlı məlumatlar yanlış idi.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı oğlu Yalçının maşınla adam vurması barədə yayılan və sonradan təkzib edilən xəbərlə bağlı Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, həmin vaxtı Yalçının oğlu, yəni nəvəsi Türkiyədə universitetə qəbul olmuşdu və Yalçın da onun işləri ilə bağlı Türkiyədə idi. O, hadisəni törədənin kimliyini də bildirib:

“Hadisəni həmkarım Fəzail İbrahimlinin oğlu törətmişdi. Onun oğlu həqiqətən qəza törədib, adam vurub. Bunlar olan şeydir. Allah hər kəsdən uzaq eləsin. Kim indi bundan sığortalanıb? Yaxşı ki, həmkarımın oğlu vurduğu adamı xəstəxana aparıb, bədbəxt hadisə də baş verməyib. Oğlumun adını bu cür hallandırmaq məndə çox təəssüf hissi yaratdı. Araşdırmalarımız nəticəsində məlum oldu ki, bunu edən Fəzail İbrahimli olub. Oğlum Yalçın olduqca ciddi həyat tərzi keçirir. Siz bir jurnalist kimi ölkəmizdəki fəal, tanınan insanların mütləq əksəriyyətinin hətta ailə üzvləri haqqında belə məlumatınız var. Digər oğlum Elçin haqqında bəzi məlumat hər kəsdə ola bilər. Çünki mətbuata çıxıb, müsahibələr verib. Amma Yalçın qapalı bir həyat keçirir. Onu kim tanıya bilər? Bunu ancaq tarix fakültəsini bitirən, tarix üzrə elmlər namizədi olan həmkarım Fəzail İbrahimli tanıya bilər. Öz oğlunu Yalçının adı ilə dəyişdirərək, düşünülmüş şəkildə övladımı gündəmə gətirmək çox böyük namərdlikdir. Bu namərdlik məni narahat etdi. Mən heç bir halda belə etməzdim”.

F.Ağamalı bir millət vəkilinin öz övladını xilas etmək üçün başqa bir millət vəkilinin övladını nahaqdan gündəmə gətirdiyini və bunu kəskin qınadığını deyib:

“Həmin portala məlumat klinikadan ötürülüb. Görünür, onların arasında əməkdaşlıq var. Portal da məsələni ən azından, dəqiqləşdirə bilərdi. Fəzail Ağamalı və onun ailəsi haqqında istənilən jurnalistlə məlumatı dəqiqləşdirmək çətin deyildi. Təəssüf ki, bu olmadı. Heç bir şəxs üçün belə halın yaşanmasını istəmirəm. Mətbuat unutmamalıdır ki, hər hansı bir yanlış fikir ailədə stress, problemlər, əsəbilik yaradır”.

F.Ağamalı həmkarı F.İbrahimli ilə hələ ki, üz-üzə gəlmədiyini də bildirib:

“Görünür, bu onun həyat tərzidir. Fəzail İbrahimli üçün kiminsə kölgəsinə sığınmaq halları adi bir şeydir. Hər halda o iki gün ərzində təkzib edə bilərdi ki, gedən fikirlər yanlışdır. Amma bu cəsarəti özündə tapa bilmədi. Özlərinin dilindən dedikləri kimi, mətbuata da deyə bilərdi ki, həmin şəxs təsadüfən yıxılıb, oğlum da götürüb xəstəxanaya aparıb. Bir söz deyim, düz yolda ayağı ilişib yıxılan adam xəstəxanalıq olar? Bu təkzibi də vermədi, sadəcə susdu. Vurulan şəxs nə üçün şikayətçi olub-olmadığı məsələnin başqa tərəfidir. İstəməzdim ki, onun oğluna da hər hansı bir ciddi problemlər yaransın. Onunla üz-üzə gələndə düşünürəm ki, nə deyəcəm”.

Tarix
2017.11.14 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla